AZ

Quterreş Makronla görüşəcək

BMT-nin Baş katibi Antonio Quterreş Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu baş katibin sözçüsünün müavini Farhan Haq deyib.

O bildirib ki, dünya təşkilatının başçısı fevralın 10-11-də Parisdə keçiriləcək süni intellekt (Sİ) sammitində iştirak edəcək.

F.Haq əlavə edib ki, Baş katibin sammit çərçivəsində bir çox dünya liderləri ilə görüşü nəzərdə tutulub.

Seçilən
27
10
report.az

10Mənbələr