AZ

Göyərtəsində 9 sərnişinin və 1 pilotun olduğu təyyarə Alyaskada yoxa çıxıb

Alyaskada xilasedicilər 9 sərnişin və bir pilotla Unalakleet-Nome uçan “Bering Air” şirkətinə məxsus təyyarəni axtarırlar. Onunla əlaqə fevralın 6-da yerli vaxtla saat 16:00 radələrində kəsilib.

Yerli aviaşirkət Bering Air-in Cessna 208 Caravan təyyarəsi yerli vaxtla saat 14:37-də Unalakleetdən havaya qalxıb. Oradan Nomeyə uçuşu adətən bir saat çəkir. Təyyarə havaya qalxdıqdan təxminən 40 dəqiqə sonra əlaqə kəsilib və o, radarlardan itib. Bu zaman təyyarə, Norton Sound üzərində uçub.

Təyyarə yoxa çıxdıqdan sonra xilasetmə təyyarəsi məlum olduğu son yerə göndərilib və Sahil Mühafizəsi bölmələri körfəzdə axtarışlara başlayıb. Axtarışlara hava şəraiti – qar və şaxtalı yağış mane olur ki, bu da görmə qabiliyyətini azaldır.

//Samir Qurbanov, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr