AZ

Böyük Britaniya Azərbaycanın Ukraynaya yeni humanitar yardımını alqışlayır

Bakı. Trend:

Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Ukraynayanövbəti humanitar yardım paketi ayırmaq qərarını yüksəkqiymətləndirib.

Trend xəbər verirki, bu barədə Britaniya səfirliyinin X sosial şəbəkəsində paylaşımedilib:

"Biz Azərbaycanın davamlı dəstəyinin bir hissəsi kimi Ukraynayanövbəti humanitar yardım partiyasının göndərilməsinialqışlayırıq."

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci iltarixli sərəncamına əsasən, Ukraynaya humanitar yardım çərçivəsindəelektrik avadanlıqlarının alınması və göndərilməsi üçün 1 milyonABŞ dolları məbləğində vəsait ayrılıb.

Humanitar yardımın ilkin partiyasına elektrik kabelləri,naqillər və transformatorlar daxildir. Ukraynanın tələbinə əsasən,bu avadanlıqlar müharibədən zərər görmüş ərazilərin enerjiinfrastrukturunun bərpası üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın Ukraynaya bərpa və humanitarməqsədlərlə göstərdiyi ümumi yardım 40 milyon dolları ötüb. 2025-ciilə qədər Ukraynaya 120-yə yaxın transformator və komplekttransformator stansiyası, 70-ə yaxın generator, həmçinin 3,3 milyonmetrdən çox kabel və naqil göndərilib.

Seçilən
37
1
az.trend.az

2Mənbələr