AZ

Azərbaycan güləşçiləri “Zaqreb Open”də uğurla çıxış edir

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri davam edir.

Trend xəbər verirki, bu gün daha dörd güləşçimiz “Zaqreb Open”də mübarizəyəqoşulub.

59 kq
Alyona Kolesnik macarıstanlı Erika Boqnarı (5:2) və amerikalıMikaela Bekə (tuş) qalib gələrək yarımfinala yüksəlib. GünayQurbanova isə amerikalı Sofiya Makalusonu (tuş) və moldovalıMariana Çerdivarayanı (8:2) məğlub edib. Yarımfinalda KolesnikÇerdivaranı 3:1, Qurbanova isə Beki 6:0 hesabı ilə məğlub edərəkfinala yüksəlib. Həlledici görüşdə milli komandamızın üzvləriqarşılaşıb və Günay Qurbanova 4:2 hesabı ilə qalib gələrək turnirinqalibi olub.

63 kq
Murad Məmmədov ilk mərhələdə özbəkistanlı Aytjan Xalmaxanova 5:14hesabı ilə məğlub olub.

Ziya Babaşov isə belaruslu Gleb Makarankaya (AİN) qalib gələrək(2:1) yarımfinala yüksəlib, lakin finala gedən yolda rusiyalıDinislam Bammatova (AİN) 0:8 hesabı ilə uduzub. Bürünc medaluğrunda amerikalı Ellis Kolmana qarşı güləşən Babaşov 3:5 hesabıilə məğlub olub.

67 kq
Həsrət Cəfərov təsnifat mərhələsində norveçli Morten Toreseni 5:1hesabı ilə mübarizədən kənarlaşdırıb. Daha sonra moldovalı ValentinPetiçlə qarşılaşmada 7:0 önə keçsə də, aldığı ciddi qulaq zədəsinəgörə yarışdan çəkilməli olub.

Bu çəkidəki digər təmsilçimiz Fərid Xəlilov serbiyalı SebastyanNadaya qarşı sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə ümumilikdə 7 medalqazanıb.

Qızıl:

Kənan Heybətov (70 kq)
Günay Qurbanova (59 kq)
Gümüş:

İslam Bazarqanov (57 kq)
Arseni Cioyev (86 kq)
Osman Nurmaqomedov (92 kq)
Bürünc:

Nurəddin Novruzov (61 kq)
Əli Rəhimzadə (65 kq)
Abubakr Abakarov (92 kq)

Seçilən
15
az.trend.az

1Mənbələr