AZ

İtaliyanın Aeolian adalarında 4,8 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

İtaliya sahillərində, Aeolian adalarında 4,8 bal gücündə zəlzələqeydə alınıb.

Trend xəbər verirki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu(INGV) məlumat yayıb.

Zəlzələnin episentri Alicudi və Filicudi adaları arasındayerləşib, ocağı isə 17 kilometr dərinlikdə olub. Bölgədə 8 yeraltıtəkan qeydə alınıb.

Yeraltı təkanlar Siciliya adasında, o cümlədən Messina, Kataniyavə Palermo şəhərlərində hiss edilib, əhali arasında təşvişə səbəbolub. Dağıntı və insan tələfatı qeydə alınmayıb.

İtaliya Nazirlər Şurasının məlumatına görə, Baş nazir CiorciaMeloni zəlzələ ilə bağlı vəziyyəti yaxından izləyir.

INGV rəhbəri Karlo Doqlioni bildirib ki, bu zəlzələlər Siciliyaadasının şimal hissəsi ilə Tirren dənizinin cənub hissəsi arasındatektonik yaxınlaşma və sıxılma ilə əlaqədardır.

Seçilən
20
3
az.trend.az

1Mənbələr