Gürcüstandan Rusiyaya gedən yol (Yuxarı Lars keçid məntəqəsi – red.) bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib .
"Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq minik avtomobilləri və sərnişin daşımaları üçün də nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hazırda yol bütün növ nəqliyyat vasitələri üçün bağlıdır", - Akopyan bildirib.