AZ

Ukraynanın beynəlxalq ehtiyatları yanvarda 43 milyard dollara düşüb

Ukraynanın beynəlxalq ehtiyatları ilin ilk ayında 43 milyard dollara qədər azalıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Milli Bankı (UMB) məlumat verib.

“2025-ci il fevralın 1-nə olan vəziyyətə görə, ilkin məlumatlara əsasən, Ukraynanın beynəlxalq ehtiyatları 43,003 milyard dollar təşkil edib. Yanvar ayında onlar 1,8% azalıb”, – tənzimləyicinin saytında qeyd olunub.

UMB-də ehtiyatların azalmasının səbəbləri kimi dövlət borcuna xidmət və ödənişlər üçün 535,8 milyon dollar və valyuta bazarında 3,75 milyard dollar satışı göstərilib. Eyni zamanda, hökumətin UMB-dəki hesablarına 3 milyard avro daxil olub.

Ötən ilin noyabrında UMB proqnozlaşdırırdı ki, növbəti iki il ərzində beynəlxalq yardım 2024-cü ildəki 41,5 milyard dollardan 2025-ci ildə 38 milyard dollara və 2026-cı ildə 25 milyard dollara qədər azalacaq. Müvafiq olaraq, tənzimləyicinin məlumatına görə, qızıl-valyuta ehtiyatları “2025-ci ildə 41 milyard dollara və 2026-cı ildə 34,7 milyard dollara qədər tədricən azalacaq”.

Seçilən
20
3
report.az

4Mənbələr