AZ

Bundesliqa: “Bayern” “Verder”i 3 cavabsız qolla yendi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 21-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Bayern” doğma meydanda “Verder”lə qarşılaşıb. Münhen təmsilçisi bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıb.

21-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
21-ci tur
7 fevral

Bayern – Verder 3:0
Qollar: H.Keyn, 56-pen; 90+7-pen. Sane, 82.

8 fevral

18:30. Borussiya (Dortmund) – Ştutqart
18:30. Frayburq – Haydenhaym
18:30. Hoffenhaym – Union Berlin
18:30. Maynts – Auqsburq
18:30. Volfsburq – Bayer
21:30. Borussiya (Mönhenqladbax) – Ayntraxt

9 fevral

18:30. Holştayn – Boxum
20:30. Leypsiq – Sankt Pauli

Seçilən
67
arena.az

1Mənbələr