AZ

Azərbaycanın Los-Ancelesdəki baş konsulu qətərli həmkarı ilə görüşüb

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qətərli həmkarı Mənsur Abdulla Əl-Sulaitin ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniya ştatındakı diplomatik nümayəndəliyinin mətbuat xidməti bildirib.

“Qətərin Los-Ancelesdəki baş konsulu Zati-aliləri cənab Mənsur Abdulla Əl-Sulaitinə səmimi qəbul və səmərəli müzakirəyə görə təşəkkür edirəm. Azərbaycan və Qətər arasındakı dostluq və əməkdaşlıqdan ilhamlanaraq birgə işləməyi səbirsizliklə gözləyirəm”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Qurbanov səudiyyəli həmkarı Bəndər Əlzaid ilə görüşmüşdü.

Seçilən
20
2
far.az

3Mənbələr