AZ

A Seriyası: “Yuventus”dan “Komo” üzərində çətin qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 24-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Komo” doğma meydanda “Yuventus”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyun Turin təmsilçisinin qələbəsiylə yekunlaşıb.

24-cü turun qalan görüşləri fevralın 8-də, 9-da və 10-da keçiriləcək.

İtaliya, A Seriyası
24-cü tur
7 fevral

Komo – Yuventus 1:2
Qollar: Diao, 45+1 – Kolo Muani, 34; 89-pen.

8 fevral

18:00. Verona – Atalanta
21:00. Empoli – Milan
23:45. Torino – Cenoa

9 fevral

15:30. Venesiya – Roma
18:00. Kalyari – Parma
18:00. Latsio – Montsa
21:00. Leççe – Bolonya
23:45. Napoli – Udineze

10 fevral

23:45. İnter – Fiorentina

Seçilən
80
arena.az

1Mənbələr