AZ

Burundinin qərbində məktəbə ildırım düşməsi nəticəsində azı 3 nəfər ölüb

Bakı. Trend:

Burundinin qərbində bir məktəbə ildırım düşməsi nəticəsində azı3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Trend-inməlumatına görə, bu barədə Sinxua agentliyi xəbər yayıb. HadisəMusiqati rayonunda baş verib. Rayon rəhbəri Yoahim Nduvumukamahadisə ilə bağlı bildirib ki, ildırım vuranların ümumi sayı 19nəfərdir, onlardan 18-i məktəbli və bir müəllimdir.

"Üç uşaq yerindəcə ölüb, qalanları yaralanıb, əksəriyyətininvəziyyəti ağırdır" - deyə o, agentliyə açıqlama verib.

İldırım dərs gününün ortasında baş verib və bütün zərərçəkənlərxəstəxanaya çatdırılıb.

Seçilən
38
az.trend.az

1Mənbələr