AZ

PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin müddətini uzadıb

Fransanın “Pari Sen-Jermen” futbol klubu komandanın baş məşqçisi ispaniyalı Luis Enrike ilə müqavilənin müddətini uzadıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə yeni müqavilə 2027-ci ilədək nəzərdə tutulub.

Enrike 2023-cü ildən Paris klubuna başçılıq edir, onun rəhbərliyi altında komanda bir dəfə çempionat və Fransa Kubokunu, iki dəfə ölkə superkubokunu qazanıb. Daha əvvəl Enrike İtaliyanın “Roma”, İspaniyanın “Selta” və “Barselona” klublarını çalışdırıb. “Barselona” ilə iki dəfə çempion olub, üç dəfə İspaniya Kubokunu qazanıb, 2015-ci ildə komanda həmçinin Çempionlar Liqası, UEFA Superkuboku və klublar dünya çempionatında qalib gəlib. 2018-2022-ci illərdə 2019-cu ildəki fasilə ilə İspaniya millisinə başçılıq edib.

Oyunçuluq karyerası dövründə Enrike “Barselona”, həmçinin İspaniyanın “Sportinq” və “Real” klublarında çıxış edib. “Real”la birlikdə çempionat, İspaniya Kuboku və Superkubokunu qazanıb, “Barselona” ilə iki dəfə çempionat və ölkə kubokunu, İspaniya Superkuboku, Kuboklar Kuboku və UEFA Superkubokunu qazanıb. İspaniya millisinin tərkibində 1992-ci il Olimpiya Oyunlarının qalibi olub.

Seçilən
29
2
report.az

3Mənbələr