Almaniya Bundesliqasında XXI tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk gündə bir oyun keçirilib.
“Bavariya” doğma meydanda “Verder”i sınağa çəkib.
Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Bavariya” 54 xalla Bundesliqada liderliyini davam etdirir. “Verder” isə 30 xalla səkkizinci yerdədir.