AZ

Buttonun çempion olduğu avtomobil hərraca çıxarılır – FOTO

Censon Buttonun “Braun” ilə 2009-cu ildə dünya çempionluğunu qazandığı BGP001 avtomobili “Bonhams” auksionunda satılacaq.

Publika.az xəbər verir ki, bu barədə hərrac evinin mətbuat xidməti məlumat yayıb. Hərrac mayın 3-də Mayami Qran Prisi zamanı baş tutacaq.

“Bu avtomobil motor idmanı tarixinin əsl parçasına sahib olmaq üçün unikal fürsətdir”, – hərrac evindən bildirilib.

2009-cu ildə Censon Braun BGP 001-in sükanı arxasında 17 mərhələdən 6-da qalib gəldi. Komanda ilə razılaşmaya uyğun olaraq 01 saylı şassi mövsümün sonunda şəxsi istifadə üçün Buttonun özünə verilib. 02 nömrəli şassi komanda rəhbəri Ross Brauna, mühərrik təchizatçısı Mercedes isə 03 nömrəli şassiyə sahib olub.

Seçilən
67
50
publika.az

10Mənbələr