Bakı. Trend:
Bering Air aviaşirkətinə məxsus və cümə axşamı Alyaska üzərindəradarlardan itən təyyarədə olan 10 nəfərin hamısı həlak olub.
Trend xəbər verirki, bu barədə Associated Press cümə günü ABŞ Sahil Mühafizəsinəistinadən məlumat yayıb.
Hadisənin səbəbləri hələ açıqlanmayıb. Unalakleetdən Nomeşəhərinə uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub.NBC telekanalının məlumatına görə, təyyarənin qalıqları Nomeşəhərindən 54,7 km cənub-şərqdə aşkar edilib.
Bu, son iki həftə ərzində ABŞ-da baş verən üçüncü ciddi aviasiyaqəzasıdır. Yanvarın 29-da Ronald Reyqan Vaşinqton Beynəlxalq HavaLimanı yaxınlığında American Airlines sərnişin təyyarəsi ilə ArmyBlack Hawk helikopteri toqquşub, nəticədə 67 nəfər həlak olub.Yanvarın 31-də isə Learjet 55 tipli tibbi təyyarə Pensilvaniyaştatının Filadelfiya şəhərində qəzaya uğrayıb. Bu hadisə zamanı azı7 nəfər həlak olub, 19 nəfər isə xəstəxanaya yerləşdirilib.