AZ

Aİ Suriyaya qarşı enerji və bank sanksiyalarını ləğv etməyi müzakirə edir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı enerji və bank sektoru iləbağlı sanksiyaların ləğvini, o cümlədən ölkədən neft idxalına, neftvə qaz texnologiyalarının ixracına qoyulan qadağaların aradanqaldırılmasını müzakirə edir.

Trend xəbər verirki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

“Müqavilə potensial olaraq neftin kəşfiyyatı və emalı, həmçininyeni elektrik stansiyalarının tikintisi üçün maliyyələşdirməyəqoyulan məhdudiyyətlərə son qoyacaq”, - agentlik bildirib.

Bundan əlavə, müzakirə edilən tədbirlər bir neçə bankın sanksiyasiyahısından çıxarılmasını və Suriya Mərkəzi Bankına tətbiq edilənməhdudiyyətlərin qismən aradan qaldırılmasını əhatə edə bilər. Aİhəmçinin reaktiv yanacaq ixracına qoyulan qadağaları ləğv etməyi vəSuriya hava yolları ilə hava limanlarına qarşı sanksiyalarıyumşaltmağı nəzərdən keçirir.

Bundan əvvəl Aİ-yə üzv 27 ölkənin xarici işlər nazirləriSuriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi üçün yolxəritəsi üzərində razılığa gəliblər.

Seçilən
26
25
az.trend.az

10Mənbələr