AZ

Alyaskada itkin düşmüş təyyarə tapılıb, 3 nəfər ölüb

Vaşinqton, 8 fevral, AZƏRTAC

Göyərtəsində 10 nəfərin olduğu Alyaskada yoxa çıxan təyyarə tapılıb.

AZƏRTAC-ın məlumatına görə, təyyarə ABŞ Sahil Mühafizəsi tərəfindən aşkar edilib. “Bering Air”ə məxsus “Cessna” təyyarəsində uçan doqquz sərnişin və bir pilotdan üç nəfərin öldüyü bildirilir.

Təyyarə Nom şəhərindən 34 mil cənub-şərqdə tapılıb.

Təyyarə fevralın 6-da günorta saatlarında Unalaklit şəhərindən Nom şəhəri istiqamətdə uçuş həyata keçirən zaman yoxa çıxıb. İlkin məlumata əsasən, təyyarə hündürlüyün və sürətin itirilməsinə səbəb olacaq naməlum qəza yaşayıb.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
32
8
azertag.az

10Mənbələr