Bakı. Trend:
Qdansk şəhərində Polşalı fermerlər Avropa Komissiyasının rəhbəriUrsula fon der Lyayenə qarşı hiddət nümayiş etdiriblər.
Trend xəbər verirki, Avropa Komisiyasının iclasının keçirildiyi Avropa HəmrəylikMərkəzinin binasının qarşısında minlərlə fermer bir araya gələrəketiraz aksiyası keçirib.
Onlar Avropa İttifaqının kənd təsərrüfatında bir sıra ekolojitələblərin sərtləşdirilməsini nəzərdə tutuan “yaşıl kursundan”gileyləniblər. Fermerlər eyni zamanda kənd təsərrüfatıməhsullarının dəyərinin qalxmasına etirazlarını bildiriblər.
Avropa Komissiyasının nümayəndə heyətini toplantı yerinə gətirənavtomobillər yaxınlaşanda etirazçılar rəsmiləri fitə basmağabaşlayıblar. Onlar “ Rədd ol, Ursula!”, “Rədd ol, Ursula!” şüarısəsləndiriblər.