AZ

ABŞ-də bəzi mağazalar yumurta alışına məhdudiyyət tətbiq edib

Bakı. Trend:

ABŞ-də bəzi ərzaq mağazaları qıtlıq və əmtəə qiymətlərininkəskin artması fonunda yumurta alışına məhdudiyyətlər qoyub.

Trend xəbər verirki, bu barədə fevralın 7-də Nyu-Yorkun News 12 telekanalı məlumatyayıb.

"Ölkə üzrə digər ərzaq mağazaları kimi, ABŞ-nin bütün Lidlmağazalarında yüksək istehlak tələbi və təchizatçı çatışmazlığısəbəbindən yumurta alışına məhdudiyyətlər qoyulub", - hesabatdabildirilir.

Lidl supermarketlər şəbəkəsində bir müştərinin “ədalətlipaylanmanı təmin etmək” üçün cəmi iki bağlama yumurta ala biləcəyivurğulanıb.

Bununla yanaşı, Stop & Shop supermarketlər şəbəkəsininkommunikasiyalar üzrə meneceri telekanala açıqlamasında vətəndaşlarüçün yumurta alışına məhdudiyyət tətbiq etmədiklərini bildirib.

News 12 xəbər verir ki, bəzi alıcılar artan qıtlıq fonunda hərbağlama yumurtaya 8 dollardan çox pul ödəməyə məcbur olurlar.

Seçilən
30
az.trend.az

1Mənbələr