AZ

ABŞ Prezidenti Donald Tramp odlu silah sahibliyi hüququnu təmin edən fərman imzalayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, ABŞ Konstitusiyasına daxil olan vəodlu silah sahibliyi hüququnu təmin edən ikinci düzəlişin müdafiəsiilə bağlı fərman imzalayıb.

Trend xəbər verirki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Fərmanın müddəalarına əsasən, ABŞ-nin ədliyyə naziri – başprokuror Pem Bondiyə 30 gün ərzində Amerika hakimiyyətinin bütünəvvəlki sərəncam və normativlərini, həmçinin Vaşinqtonun daxilolduğu beynəlxalq sazişləri “ikinci düzəlişlə təmin edilənhüquqlara müdaxilə” baxımından araşdırmaq tapşırılıb.

Bondiyə həmçinin Ağ evin Daxili Siyasət Şurası ilə birlikdə“ikinci düzəlişlə təmin edilən bütün amerikalıların hüquqlarınıqorumağa” yönəlmiş “prezidentin fəaliyyət planı”nı hazırlamaqtapşırılıb.

Gun Violence Archive qeyri-hökumət təşkilatının hesablamalarınagörə, 2024-cü ildə ABŞ-də müxtəlif silahlı insidentlər nəticəsində16,7 mindən çox insan həlak olub, 31,6 mindən çox insan isəyaralanıb.

Seçilən
20
az.trend.az

1Mənbələr