Bakı. Trend:
Demək olar ki, ildə bir neçə dəfə xaricdə təhsil almışdiplomları tanınmayan şəxslər gündəmdə olur. Bu problem xaricdətəhsil almaq xəyalı quranları da narahat edir. Diplomlarıntanınmaması kimi hallar nə üçün baş verir? Bu halların qarşısınıalmaq üçün hansı addımlar atılmalıdır?
Ötən il diplomları tanınmayan şəxslərin sayına nəzərsalaq:
Təhsildə Keyfiyyət Təminatı AgentliyindənTrend-insorğusuna cavab olaraq bildirilib ki, 2024-cü il ərzindədiplomlarının tanınması üçün 6058 nəfər müraciət edib.
“Müraciət edən 6058 nəfərdən 4941 nəfərin diplomları tanınıb.Geriyə qalan 1117 nəfərin isə diplomları tanınmayıb. Eyni zamanda,2025-ci ilin yanvar ayı ərzində diplomlarının tanınması üçün 402müraciət qeydə alınıb. Həmin müraciətçilərdən 300-ü barədə müsbətqərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərinmüraciəti isə mənfi qərarla yekunlaşıb”,- deyə məlumatda qeydedilib.
Bu çətinliklə qarşılaşmamaq üçün əvvəlcədən hansıməqamları bilmək lazımdır?
Məsələ ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət PedaqojiUniversitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzininrəhbəri Kamran Əsədov bildirib ki, xaricdə təhsilalmış şəxslərin diplomlarının Azərbaycanda tanınmaması müxtəlifsəbəblərlə əlaqədardır:
“Son illərdə xaricdə təhsil almağa maraq artsa da, bəzi məzunlarciddi problemlərlə üzləşirlər. Diplomlarının tanınmaması onlarınəmək bazarına inteqrasiyasını çətinləşdirir və iş tapmaqda maneələryaradır. Bu problem təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə dəmüşahidə edilir. Diplomların tanınmaması məsələsi əsasən təhsilmüəssisəsinin statusu, təhsil proqramlarının məzmunu, təhsilformasının uyğunluğu və tələbənin real iştirak səviyyəsi kimiamillərlə bağlıdır.
Azərbaycanda xarici ali təhsil müəssisələrinin diplomlarınıntanınması Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, tanınma prosesi birneçə meyara görə aparılır. Birinci meyar təhsil müəssisəsinin həminölkədə akkreditasiyasının olub-olmamasıdır.
Akkreditasiyası olmayan və ya qeyri-rəsmi statusda fəaliyyətgöstərən universitetlərin verdiyi diplomlar tanınmır. Bəziölkələrdə təhsil müəssisələri kommersiya məqsədilə açılır və buuniversitetlər məzunlarına yalnız nominal bir diplom təqdimedirlər. Bu cür təhsil müəssisələrinin verdiyi sənədlər akademik vəhüquqi cəhətdən etibarsız sayılır. Xüsusilə müəyyən Asiya və ŞərqiAvropa ölkələrində fəaliyyət göstərən bəzi universitetlər distantvə ya eksternat təhsil forması təqdim edərək diplom verir. Budiplomlar tədris prosesində tələbənin fiziki iştirakı olmadan əldəedildiyi üçün Azərbaycanda tanınmır”.
“İkinci əsas meyar təhsil formasının uyğunluğudur. Azərbaycanqanunvericiliyinə əsasən, yalnız əyani formada alınan ali təhsildiplomları tanına bilər. Qiyabi, distant və eksternat formadatəhsil alan məzunların diplomlarının tanınması əksər hallardamümkün olmur. Distant təhsil bir çox ölkələrdə qəbul edilsə də,Azərbaycanda bu təhsil forması hələ tam tənzimlənməyib və hüquqistatusu aydın deyil.
Ona görə də xaricdə distant formada təhsil alan şəxslərindiplomları tanınmır. Eyni zamanda, bəzi hallarda tələbələr alitəhsil aldıqları ölkədə kifayət qədər müddət keçirmirlər və bu,onların akademik fəaliyyətlərinə mənfi təsir göstərir. Əgər tələbənəzərdə tutulan müddətin çox hissəsini başqa ölkədə keçiribsə və yaəsas dərslərdə iştirak etməyibsə, onun diplomunun tanınmasımümkünsüz ola bilər.
Üçüncü faktor təhsil proqramının məzmunudur. Bəzi ölkələrdətədris proqramları Azərbaycanın ali təhsil standartlarına uyğungəlmir. Əgər tədris olunan fənlər, kurikulum və proqramın ümumihəcmi Azərbaycan ali təhsil sisteminin tələblərindən fərqlidirsə,həmin diplomun tanınması çətinləşir.
Məsələn, bəzi universitetlərdə bakalavr təhsili üç il davamedir, halbuki Azərbaycanda bakalavr təhsilinin standart müddətidörd ildir. Eyni zamanda, bəzi ölkələrdə magistratura proqramlarıbir il davam edir, lakin Azərbaycanda bu proqramlar minimum bir ilyarım və ya iki il olmalıdır. Əgər tələbənin aldığı təhsil müddətibu tələblərə uyğun gəlmirsə, diplomun tanınması mümkün olmur”, -deyə o qeyd edib.
K.Əsədov əlavə edib ki, dördüncü əsas səbəb akademik keyfiyyətinaşağı olmasıdır:
“Bəzi universitetlərdə akademik tələblər çox aşağı olur vətələbələr real biliyə sahib olmadan diplom alırlar. Belə hallardaməzunların bilik səviyyəsi yoxlanıldıqda, onların diplomlarınınformal xarakter daşıdığı üzə çıxır. Bu problem xüsusilə diplomunpulla satıldığı universitetlərdə geniş yayılıb. Son illərdə bir çoxölkələrdə saxta diplom ticarəti geniş vüsət alıb və bu diplomlarmüxtəlif ölkələrdə tanınmır.
Dünya təcrübəsində diplomların tanınması prosesi müxtəlifölkələrdə fərqli qaydalara əsasən həyata keçirilir. Məsələn, Avropaİttifaqı ölkələrində "Boloniya sistemi" çərçivəsində təhsilstandartlarının harmonizasiyası aparılmışdır və əksər ölkələrbir-birinin diplomlarını avtomatik tanıyır. Lakin hər bir ölkəninöz daxili tələbləri var. Məsələn, Almaniyada xaricdə alınmışdiplomların tanınması üçün həmin universitetin Almaniyanın MərkəziXarici Təhsil İdarəsi (ZAB) tərəfindən akkreditasiya olunmuşsiyahıda olması lazımdır. ABŞ-də isə xarici diplomların tanınmasıfederativ sistemə görə müxtəlif ştatlarda fərqli qaydalarla həyatakeçirilir. Burada əsas tələb universitetin ABŞ Təhsil Departamentitərəfindən tanınmış akkreditasiya agentlikləri tərəfindənakkreditasiyasının olmasıdır”.
O vurğulayıb ki, xaricdə təhsil almaq istəyən şəxslər gələcəkdəbu problemlərlə üzləşməmək üçün əvvəlcədən bir sıra tədbirlərgörməlidirlər:
“Birinci növbədə, təhsil alacaqları universitetin həmin ölkədərəsmi akkreditasiyasının olub-olmamasını yoxlamalıdırlar. Bununüçün həmin ölkənin təhsil nazirliyinin rəsmi saytına baxmaq vəuniversitetin akkreditasiyası barədə məlumat almaq mümkündür.İkinci vacib məqam təhsil formasıdır – yalnız əyani təhsil formasıseçilməlidir. Distant və ya eksternat təhsil formaları gələcəkdəciddi problemlər yarada bilər. Üçüncü olaraq, təhsil müddətininAzərbaycan standartlarına uyğun olması yoxlanılmalıdır. Məsələn,əgər magistratura təhsili bir il davam edirsə, bu, gələcəkdənostrifikasiya zamanı problem yarada bilər. Dördüncü olaraq, təhsilproqramının məzmunu öyrənilməlidir – oxunacaq ixtisasın fənnləri vəkurikulum Azərbaycan təhsil sisteminə uyğun olmalıdır.
Bütün bu amilləri nəzərə alaraq, xaricdə təhsil almaq istəyənlərəvvəlcədən geniş araşdırma aparmalı və gələcəkdə diplomlarınıntanınmaması kimi problemlərlə üzləşməmək üçün düzgün seçimetməlidirlər. Təhsil investisiya tələb edən və gələcək karyerayabirbaşa təsir edən amildir. Ona görə də, bu mövzuda diqqətli olmaqvə diplomun tanınma şərtlərini əvvəlcədən öyrənmək vacibdir”, -deyə K.Əsədov əlavə edib.
Qeyd edək ki, ötən gün təşkil edilən brifinqdə elm və təhsilnaziri Emin Əmrullayev bildirib ki, bir şəxs diplom alırsa, həmintəhsil müəssisəsində olmalı və tədris dilini bilməlidir.
"Diplomu vermək üçün əlimizdə kifayət qədər əsas olmalıdır. Bunagörə bildirmək istəyirəm ki, diplomlarını ala bilməyənlər məhkəməyəmüraciət edərək əsaslandıra bilərlər", - deyə nazir fikrinitamamlayıb.