Egey dənizində 4,5 maqnitudalı zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə 05:52-də qeydə alınıb.
Yunanıstan adalarının sıx yerləşdiyi akvatoriyada baş vermiş zəlzələnin episentri Türkiyənin Muğla şəhərinin Bodrum rayonundan 136 km məsafədə olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.