AZ

Antalyada 28 yaşlı qadın selfi çəkərkən uçurumdan yıxıldı - Video

Türkiyənin Antalya şəhərində rusiyalı qadın selfi çəkərkən uçurumdan yıxılıb.

Publika.az xəbər verir ki, bu barədə "Life SHOT" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, hadisə fevralın 7-də günorta saatlarında Antalya vilayətinin Muratpaşa rayonunda baş verib.

28 yaşlı Naila Vohidova selfi çəkdirmək üçün qayalığa dırmaşıb, lakin müvazinətini itirərək hündürlükdən düz daşların üzərinə yıxılıb.

Yaralı turisti görən yerli sakinlər təcili yardım çağırıblar.

Hadisə yerinə polis, təcili yardım və xilasedicilər gəlib.

Seçilən
23
publika.az

1Mənbələr