AZ

NATO-nun Qrenlandiyada mövcudluğunu artırmaq lazımdır - Şolts

Bakı. Trend:

Almaniya Kansleri Olaf Şolts ABŞ Prezidenti Donald TrampınQrenlandiyaya dair iddialarını nəzərə alaraq, NATO-nun adadakımövcudluğunun artırılmasının vacibliyini bildirib.

Trend xəbər verirki, bunu Olaf Şolts RND redaksiya birliyinə müsahibəsindəaçıqlayıb.

Şolts sərhədlərin toxunulmazlığı prinsipi ilə bağlı şərh edərəkqeyd edib ki, bu prinsip hər kəsə şamil edilməlidir. “İqlimdəyişikliyi Arktika bölgəsini dəyişir, Çin və Rusiyanın böyük maraqgöstərdiyi yeni gəmi yolları açır. Ona görə də bizim NATOçərçivəsində bir-birimizlə müzakirə etməyimiz lazım olan qanunitəhlükəsizlik məsələləri var. Fikrimcə, biz NATO-nun Qrenlandiyadamövcudluğunu artırmalıyıq", - deyə Kansler vurğulayıb.

Şolts əlavə edib ki, Vaşinqtonla yaxşı münasibətləri saxlamaqüçün bundan sonra da əlindən gələni edəcək. “Hətta işlər daha daçətinləşsə belə”, - deyə o, sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Tramp yanvarın 7-də Qrenlandiyanın ABŞ-nin birştatına çevrilməli olduğunu bildirib və Danimarka adadan imtinaetməsə, onu yüksək ticarət rüsumları tətbiq edəcəyi iləhədələyib.

Seçilən
20
50
az.trend.az

10Mənbələr