AZ

Məhkəmə Trampın USAID-lə bağlı sərəncamını bloklayıb

Federal hakim Karl Nikols ABŞ prezidenti Donald Trampın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2000 əməkdaşının məzuniyyətə göndərilməsi ilə bağlı sərəncamını müvəqqəti olaraq bloklayıb.Bu barədə "Washington Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, bu qərar bir qrup əməkdaşın məhkəmə iddiasından sonra verilib.

Dinləmə zamanı işçilər sübut ediblər ki, maliyyə və təhlükəsizlik problemləri həll edilməsə, onların xaricdəki ailələri ciddi ziyana məruz qala bilər.

Daha əvvəl Donald Tramp USAID-i saxtakarlıqda və korrupsiyada ittiham edib.

www.anews.az
Seçilən
22
anews.az

1Mənbələr