Almaniyanın tanınmış avtomobil istehsalçısı “Porsche” ölkənin digər avtomobil istehsalçıları kimi böhranla üz-üzədir.
Publika.az xəbər verir ki, şirkət rəhbərliyi gəlirlərin azalmasının qarşısını almaq üçün müəyyən tədbirləri həyata keçirməyi planlaşdırır.
“Volkswagen” şirkətlər qrupuna daxil olan “Porsche” qənaət və investisiya proqramını həyata keçirməklə böhranın qarşısını almağa çalışır.
Son dövrlərdə elektrikli idman avtomobillərinin satışları zəifləyib. Odur ki, “Porsche” daxili yanma mühərrikləri və ya hibrid mühərriklərlə təchiz edilən avtomobillərin istehsalını yenidən genişləndirmək istəyir.
Bundan əlavə, şirkətin strukturunda da dəyişikliklərin edilməsi planlaşdırılır.