NATO Hava Komandanlığından verilən açıqlamaya görə, Şimal qütbünə yaxın ərazidə patrul uçuşu həyata keçirən F-35-lər Rusiyanın Sukhoi (Su-27) döyüş təyyarələrinin qarşısını alıb. Norveç “F-35”ləri Rusiyanın “Sukhoi-27” (Su-27) qırıcılarının NATO hava məkanına daxil olmasına imkan verməmək üçün onları müşayiət edib.
Rusiyanın “TU-95” bombardmançı təyyarəsini qoruyan “Su-27” qırıcıları NATO hava məkanına yaxınlaşanda Norveç qırıcıları hərəkətə keçib. Rusiya təyyarələrinin NATO hava məkanına girməməsi üçün onların qarşısını alan “F-35”lər bir müddət onları müşayiət edərək patrul xidmətini davam etdirib.
NATO-nun verdiyi açıqlamada Şimal qütbünün və onun ətrafının fərqli xüsusiyyətləri vurğulanıb və orada hava patrullarının davam etdirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb.