AZ

Azərbaycan çempionatında 1/4 finalın cavab görüşləri keçiriləcək

Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, kişilərin yarışında ilk qarşılaşmada Məhəmməd Muradlıya qalib gələn Şəhriyar Məmmədyarov özünü rahat hiss edə bilər.

Təcrübəli şahmatçıya yarımfinala yüksəlmək üçün heç-heçə kifayət edəcək.

Digər oyunlarda Vüqar Əsədli və Teymur Rəcəbov, Rauf Məmmədov və Əhməd Əhmədzadə, Misrəddin İsgəndərov və Aydın Süleymanlı üz-üzə gələcəklər.

1/4 finalın ilk qarşılaşmalarında bu duellərin hamısında heç-heçə qeydə alınıb.

Qadınların 1/4 finalında Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva məğlub etdikləri Gövhər Beydullayeva və Zeynəb Məmmədyarova ilə mübarizədə ciddi üstünlüyə malikdirlər.

Digər cütlərdə Günay Məmmədzadə və Səbinə İbrahimova, Gülnar Məmmədova və Xanım Balacayeva qarşılaşacaqlar. Onların ilk görüşləri heç-heçə başa çatıb.

“Fair Play” mükafatının sahibi bəlli olub

Məmmədyarov və Rəcəbov ilk oyunda qələbə qazanıblar

Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk oyunları keçiriləcək

Azərbaycan çempionatı: 7 şahmatçı 1/8 finala vəsiqə qazanıb

Seçilən
18
apasport.az

1Mənbələr