AZ

Tramp: Maska Pentaqona nəzarət etmək üçün icazə verdim

ABŞ prezidenti Donald Tramp dövlət xərclərini balanslaşdırmaq və israfçılığın qarşısını almaq üçün İlon Maskı Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edib.

Turkustan.az xəbər verir ki, bir neçə hökumətə bağlı təşkilatın büdcəsini kəsən Maska Tramp daha böyük tapşırıq verib. Donald Tramp son açıqlamasında İlon Maska ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təftiş tapşırığını verdiyini təsdiqləyib.

Verilən səlahiyyət çərçivəsində İlon Mask Pentaqonun xərclərinə nəzarət edəcək. Mask təhsil departamentinə nəzarət etmək səlahiyyətini də üzərinə götürüb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
turkustan.az

1Mənbələr