AZ

Yeni transfer rekordu - FİFA açıqladı

style='margin-bottom:10px;'>

FİFA qış transfer pəncərəsində klubların xərclədiyi ümumi məbləği açıqlayıb.

QOL.az xəbər verir ki,qurumun hesabatında futbol klublarının transferlərə yanvarda ümumilikdə 2,35 milyard dollar pul sərf etdiyi qeyd olunub.

Klublar ümumilikdə 5863 transfer həyata keçiriblər.

Bildirilir ki, transferlərin həm məbləği, həm də sayı rekord həddə çatıb.

Qışda ən çox pul xərcləyənlər İngiltərə klublarıdır (621,6 milyon dollar). İlk 5-liyə Almaniya (295,7 milyon dollar), İtaliya (223,8 milyon dollar), Fransa (209,7 milyon dollar) və Səudiyyə Ərəbistanı (202,1 milyon dollar) komandaları da daxil olub.

Seçilən
28
teleqraf.com

1Mənbələr