AZ

Saxta rus nömrəsi ilə maşın sürən məşhur erməni aktyor saxlanıldı

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları məşhur aktyor Artavazd Ovannisyanı saxlayıblar.

Bu barədə “ArmLur” saytı məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, ilk olaraq patrul xidməti onun avtomobilini saxlayıb. Aparılan yoxlamalar nəticəsində onun saxta Rusiya dövlət nömrə nişanlı avtomobil idarə etməsi məlum olub.

Bundan əvvəl kriminal xəbər saytı olan "Shamshiyan" da oxşar xəbər yaymışdı. Nəşr yazmışdı ki, Kotayk rayonunda patrul əməkdaşları “Mazda 6” markalı avtomobili saxlayıblar. Qeyd edilib ki, sürücü Ermənistanda tanınan sənətçilərdən biri olub. O, polis bölməsinə aparılıb.

Tural

Seçilən
11
news365.az

1Mənbələr