AZ

Super Liqa təmsilçisində yeni təyinat: Mourinyonun köməkçisi “Bodrumspor”da

Türkiyənin “Bodrum” klubunun yeni baş məşqçisi açıqlanıb.

Apasport.az xəbər verir ki, komandanın sükanı Xose Moraisə tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Xatırladaq ki, Morais "Real Madrid", "Çelsi" "İnter" kimi komandalarda "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun köməkçisi olub.

Qeyd edək ki, “Bodrumspor"da bir neçə gün əvvəl baş məşqçi Volkan Demirellə yollar ayrılıb. Komanda Super Liqada 21 turdan sonra 16 xalla 17-ci sıradadır.

Abdülkadir Ömür Super Liqaya dönə bilər

PSJ Luis Enrike ilə müqavilə yeniləyəcək

Ekvador millisinin üzvü “Beşiktaş”da – RƏSMİ

İngiltərədə ən yaxşı baş məşqçi bəlli olub

Premyer Liqada yanvarın ən yaxşı futbolçusu açıqlanıb

Seçilən
21
apasport.az

1Mənbələr