Bakı. Trend:
İstanbul şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə-BolqarıstanYaşıl Enerji Dəhlizi layihəsi ilə bağlı müzakirləlrə aparılıb.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən layihəninmüzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin 3-cü iclasındaAzərbaycanı energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərliketdiyi nümayəndə heyəti təmsil edib.
Bildirilib ki, tədbirdə “Azərenerji” ASC-nin nümayəndələri dəiştirak edib.
Nazir müavini Orxan Zeynalov çıxışında Azərbaycanın enerjikeçidi sahəsində mövcud strategiyası, bərpa olunan enerjipotensialı və yaşıl enerjinin ixracı istiqamətində atılan addımlarbarədə məlumat verib. Azərbaycanda yaşıl enerji zonalarınınyaradılması və Xəzər dənizində külək enerjisi potensialınınreallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən,həmçinin ölkəmizi Avropa ilə birləşdirəcək yaşıl enerjidəhlizlərindən danışılıb.
İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsiningenişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquqbazasının formalaşdırılması məqsədilə hazırlanmış “AzərbaycanRespublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat vəDavamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika vəTəbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının EnergetikaNazirliyi arasında yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlığadair Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və sənədinmətni razılaşdırılıb.
Səfər çərçivəsində Türkiyənin energetika və təbii sərvətlərnazirinin müavini Zafer Demircan ilə Azərbaycan və Türkiyə arasındayaşıl enerji dəhlizinin yaradılması məsələsinin müzakirəsinə həsrolunmuş geniş tərkibli görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonasınıninkişafına dair Konsepsiya və Tədbirlər Planının hazırlanmasıistiqamətində görülən işlər haqqında məlumat verilib, BCGməsləhətçi şirkətinin ekspertləri, “Azərenerji” ASC-nin vəTürkiyənin TEİAS şirkətinin nümayəndələrinin də iştirakı ilə yaşılenerjinin ixracını dəstəkləyəcək infrastruktur layihələrinintexniki və iqtisadi əsaslandırılmasından irəli gələn məsələlərmüzakirə olunub.