AZ

Trampın Meksikaya deport etdiyi miqrant sayı açıqlandı - İnanılmaz rəqəm

Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından sonra ABŞ-dan 11 minə yaxın miqrant Meksikaya deportasiya edilib.

OXU24.COM xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib.

Onun sözlərinə görə, bu rəqəmə təxminən 2,500 Meksika vətəndaşı olmayan şəxs də daxildir. Meksikaya gətirilən bəzi miqrantlar könüllü olaraq, qurudan və havadan Hondurasa qaytarılıb.

Xatırladaq ki, bir neçə gün öncə Şeynbaum ABŞ-ın Meksika mallarına tətbiq etmək istədiyi 25 faizlik rüsumların təxirə salınması üçün Donald Trampla razılığa gəlib. Bunun müqabilində Meksika ABŞ sərhədində miqrant axınının qarşısını almaq üçün Milli Qvardiya qoşunlarını yerləşdirib.

Seçilən
6
1
oxu24.com

2Mənbələr