AZ

Tramp Baydenin təhlükəsizlik icazəsini ləğv edib

Bakı,TurkicWorld

ABŞ Prezidenti Donald Tramp, sələfi Co Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında bildirib ki, Baydenin məxfi məlumatlara çıxışına ehtiyac yoxdur və buna görə də onun təhlükəsizlik icazəsi ləğv edilərək gündəlik kəşfiyyat brifinqləri dayandırılıb.

Trampın sözlərinə görə, xüsusi prokuror Robert Hurun hesabatı Baydenin yaddaş problemlərindən əziyyət çəkdiyini göstərir və hətta onun ən yaxşı vaxtlarında belə məxfi məlumatların ona etibar edilməsinin uyğun olmadığını qeyd edir.

Qeyd edək ki, 2021-ci ildə Co Bayden də Trampın təhlükəsizlik icazələrini ləğv etmişdi.

Seçilən
33
turkic.world

1Mənbələr