AZ

Hazırda bp dənizdə və quruda neft və qaz layihələri çərçivəsində həyata keçirilən əməliyyatlarını normal rejimdə davam etdirir

Bakı. Trend:

Hazırda bp dənizdə və quruda neft və qaz layihələri çərçivəsindəhəyata keçirilən əməliyyatlarını normal rejimdə davam etdirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq bp Azerbaijan-danbildiriblər.

"Bizim dəniz platformalarımız və digər obyektlərimizlayihələndirilərkən bütün hava şəraitləri nəzərə alınaraq ən yüksəktexniki təhlükəsizlik standartlarına uyğun inşa olunur.

Bundan əlavə, bp və tərəfdaşlarının hər bir hava şəraiti üçünişlənmiş xüsusi əməyin təhlükəsizliyi prosedurları və qaydalarımövcuddur. Biz hava haqqında əvvəlcədən aldığımız məlumatlara uyğunolaraq hər hava şəraitində hansı texniki təhlükəsizlik qaydalarıtələb olunarsa, onları müvafiq olaraq işə salırıq və bütün dəniz vəqurudakı obyektlərimizdə onlara ciddi riayət olunur. Məsələn, çoxküləkli və digər qeyri-münasib hava şəraitində platformalarda vədigər obyektlərimizdə açıq havada və hündürlükdə aparılan işlərəməhdudiyyətlər qoyulur və iş planlarına müvafiq dəyişiklikləredilir və s." - şirkətdən bildiriblər.

Seçilən
19
1
az.trend.az

2Mənbələr