AZ

Çimərlik voleybolu üzrə qadınlardan ibarət millimiz bu ölkədə təlim-məşq toplanışı keçəcək

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirdə təlim-məşq toplanışı keçəcək. 

Missiya.Az-a verilən məlumata görə, komandamız bu məqsədlə fevralın 7-də Misirin Hurqada şəhərinə yola düşüb. 

7-28 fevral tarixlərində baş tutacaq təlim-məşq toplanışı çərçivəsində millimiz burada keçiriləcək Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirində də güclərini sınayacaqlar.

Seçilən
13
1
missiya.az

3Mənbələr