AZ

ABŞ 6 milyard dollarlıq hərbi sistemlərin İsrailə satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 6.75 milyard dollar dəyərindəki tuşlama dəstlərinin, aviasiya bombalarının və müvafiq avadanlıqların İsrailə satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

İsrailin 6.75 milyard dollar dəyərindəki sifarişinə daxildir:

2166 ədəd GBU-39/B “Small Diameter Bombs Increment 1” (SDB-I) aviasiya bombası;

2800 ədəd MK-82 aviasiya bombası;

MK-84 aviasiya bombaları üçün 13 min ədəd KMU-556E/B, KMU-556H/B (SABR-Y ilə), KMU-556F/B və ya KMU-556J/B JDAM tuşlama dəsti;

BLU-109 aviasiya bombası üçün 3475 ədəd KMU-557E/B, KMU-557F/B, KMU-557H/B (SABR-Y ilə) və ya KMU-557J/B JDAM tuşlama dəsti;

GBU-38v1 aviasiya bombaları üçün 1004 ədəd KMU-572E/B, KMU-572F/B, KMU-572H/B (SABR-Y ilə) və ya KMU-572J/B JDAM tuşlama dəsti;

17475 ədəd FMU-152A/B alışdırıcısı.

Həmçinin təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsinin də daxil olduğu bu sifarişin çatdırılmasına 2025-ci ildən başlanacaq.

Sözügedən sifarişin əsas podratçıları ABŞ-ın “Boeing”, “ATK Tactical Systems”, “L3Harris Fuzing and Ordnance Systems” və “McAlester Army Ammunition Plant” şirkətləri olacaq.

Seçilən
6
1
poliqon.az

2Mənbələr