AZ

Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə elektron qolbaq taxılıb

Fransada 2024-cü ilin dekabrında korrupsiya ittihamı ilə hökmü qüvvədə saxlanılan keçmiş prezident Nikolya Sarkoziyə elektron qolbaq verilib.

Turkustan.az xəbər verir ki, müvafiq olaraq, Sarkozi ev dustaqlığı cəzası çərçivəsində saat 08:00-20:00 arasında evini tərk edə biləcək.

Sarkozi başqa bir iş üzrə mühakimə olunduğu üçün bazar ertəsi, çərşənbə və cümə axşamı günləri saat 08:00-21:30 arasında evindən çıxa biləcək.

Keçmiş prezident 2023-cü ilin mayında korrupsiyada təqsirli bilindiyi "telsiz dinləmə" işi üzrə 2 il müddətinə azadlıqdan məhrum edilməklə 3 il həbs cəzasına məhkum edilib. Onun üç il müddətinə seçkilərdə iştirakına da qadağa qoyulub.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr