AZ

Zelenski razılaşdı:ONLAR DA ORDUYA CƏLB EDİLƏCƏK

18-24 yaşlı ukraynalıların Silahlı Qüvvələrin sıralarına cəlb edilməsi üçün xüsusi müqavilə hazırlanır.

 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Röyters”ə müsahibəsində deyib.

 

“Təcrübəli döyüş briqadaları Müdafiə Nazirliyi ilə birlikdə 18-24 yaş arası gənclər üçün müqavilə variantı üzərində işləyir. Bu, orduya qoşulmaq istəyənlər üçündür, səfərbərlik deyil”, - Zelenski vurğulayıb.

 

Zelenskinin sözlərinə görə, gənclərə çox yüksək maliyyə dəstəyi təklif olunacaq.

 

O, məsələ barədə yaxın vaxtlarda detallı məlumat veriləcəyini bildirib.

 

Qeyd edək ki, ABŞ-ın əvvəlki administrasiyası Ukraynaya əsgər çatışmazlığını aradan qaldırmaq üçün çağırış yaşını 25-dən aşağı salmaq barədə bir neçə dəfə təklif versə də, Zelenski bunu qətiyyətlə rədd etmişdi.


Seçilən
32
5
senzor.az

6Mənbələr