AZ

3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək?

Bakı və İrəvan arasındakı münasibətlərin uzun illərdir davamedən gərginliyi fonunda dünən baş tutmuş görüş kimi tədbirlərpost-münaqişə tənzimlənməsi prosesində mühüm mərhələlərdən birinəçevrilir. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüşvətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri iləErmənistanın Qurumlararası Komissiyasının mənsublarının görüşüonilliklər boyu həllini tapmamış humanitar məsələlərin həlliistiqamətində atılan addımdır.

30 ildən çox davam etmiş Qarabağ münaqişəsi 44 günlük VətənMüharibəsi nəticəsində çözülsə də, özündən sonra çoxsaylı, həllinitələb edən problemlər buraxıb. Həmin problemlər arasında ən ağrılıvə faciəvi məsələlərdən biri itkin düşmüş şəxslərin taleyidir.Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) məlumatına görə, yalnızAzərbaycanın özündə 3900-dən çox şəxs itkin düşmüş kimi qeydəalınıb ki, onların əhəmiyyətli bir hissəsi mülki şəxslərdənibarətdir. Ermənistan tərəfi isə 800 nəfərdən çox şəxsin itkindüşdüyünü bəyan edir. İtkin düşənlər yalnız hərbi əməliyyatlarınqurbanı deyil, eyni zamanda, beynəlxalq humanitar hüququn kobudşəkildə pozulmasının qurbanlarıdır. Xüsusilə vurğulamaq lazımdırki, Azərbaycan tərəfindən itkin düşmüş şəxslərin əhəmiyyətli birhissəsi ya öldürülüb, ya da dəfn edildikləri kütləvi məzarlarınyeri hələ də naməlumdur.

İki ölkənin nümayəndələrinin sərhəddə baş tutmuş görüşü yalnızformal bir hadisə deyil, humanitar məsələlərə diqqətin artdığı yenimərhələnin göstəricisidir. Görüşdə itkin düşmüş şəxslərin taleyimüzakirə olunub və komissiyalar arasında əməkdaşlığın davametdirilməsinin zəruriliyi ilə bağlı razılıq əldə edilib. FəqətErmənistan rəhbərliyinin yürütdüyü siyasəti və tutduğu mövqelərinəzərə alsaq, real nəticələrin yaxın zamanda əldə ediləcəyişübhəlidir.

Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər məsələsibeynəlxalq hüquq normaları ilə tənzimlənir və bu, axtarış,identifikasiya və ailələrə məlumat verilməsi üçün hüquqi əsasyaradır. Beynəlxalq hüququn dəqiq müddəalarına baxmayaraq, buöhdəliklərin icrası çox vaxt çətinliklərlə üzləşir. 1949-cu ilCenevrə Konvensiyaları və onlara əlavə protokollar münaqişətərəflərini nəzarət altındakı şəxslərin hüquqlarını qorumaq vəitkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün mümkün olanbütün tədbirləri görmək barədə öhdəliklərlə təmin edir.

Cenevrədə qəbul olunmuş 4-cü Konvensiyasının 32-ci maddəsi və1-ci Protokolun 33-cü maddəsi itkin düşmüş şəxslərin axtarılmasını,dəfn yerlərinin qorunmasını və beynəlxalq təşkilatlarla, xüsusiləBQXK ilə əməkdaşlığı zəruri edir. Beynəlxalq humanitar hüquqmühakiməsiz edamları, zorla yoxa çıxmaları və insan cəsədləriüzərində təhqirləri qadağan edir. BQXK-nın bu məsələdə əsas rolutexniki yardım göstərmək, tərəflər arasında danışıqlar təşkil etməkvə qalıqların ekshumasiyasına dəstək olmaqdır.

Xatırladaq ki, rəsmi Bakı İrəvanı uzun illərdən bəri beynəlxalqöhdəliklərini sistematik şəkildə pozmaqda ittiham edir. Bu, kütləviməzar yerləri haqqında məlumatın təqdim edilməməsi, azad edilmişərazilərdə aşkarlanan kütləvi dəfnlər və minalanmış sahələrineksqumasiya işlərinə mane olması ilə bağlıdır. Məsələn, 2022-ciildə Edilli kəndində (Xocavənd rayonu) əlləri arxadan bağlı olan 12nəfərin cəsəd qalıqları tapılmışdı ki, bu da mühakiməsiz edamlaradəlalət edir. Ermənistan isə Azərbaycanı erməni hərbi əsirlərisaxlaması və mülki şəxslərin zorla yoxa çıxmasında ittiham edir.Ermənistan saxlanılanların statusunun hərbi əsir kimi tanınmasınıtələb edir, Azərbaycan isə onların üçtərəfli bəyanatdan sonra həbsedildiyini və qanunsuz keçidlər zamanı yaxalandığını bildirir.

Zorla yoxa çıxmalar isə hər iki tərəfin itkin düşmüş şəxslərinintaleyini daha da qaranlıqlaşdırır və 2006-cı il “Zorla YoxaÇıxmalar Əleyhinə Beynəlxalq Konvensiya”nın kobud şəkildəpozulmasını sübut edir. İki ölkə arasında etimadsızlıq və humanitarproblemlərin həllindəki çətinliklər göstərir ki, bu proses yalnızbeynəlxalq ictimaiyyətin və aidiyyəti təşkilatların daha aktivvasitəçiliyi ilə mümkün ola bilər.

Rəsmi Bakının mövqeyi bəlli: Ermənistan uzun müddət kütləviməzarların yerləri barədə məlumat vermək öhdəliyini yerinəyetirməkdən yayınır. İtkin düşmüş şəxslərin məsələsininpostmünaqişə tənzimlənməsi prosesində ən ağrılı mövzulardan biridir- bunu da unutmayaq.

Bakı bu məsələnin təkcə humanitar problem olmadığını, eynizamanda günahkarların məsuliyyətə cəlb olunması üçün bir vasitəolduğunu hesab edir. Ermənistan isə öz növbəsində, saxlanılmışşəxslərini hüquqlarının pozulmasının qurbanı kimi təqdim etməyəçalışır və bunu Azərbaycan üzərində beynəlxalq təşkilatlarvasitəsilə təzyiq vasitəsi kimi istifadə edir. Amma kütləviməzarlar haqqında tam məlumat verməkdən imtina etməsi onunhumanitar ritorikasının səmimiliyinə şübhə yaradır.

Məsələni həll etməklə bağlı hüquqi nəticələr və məsuliyyətçərçivəsində, ilk növbədə, hərbi cinayətlər xüsusi diqqət tələbedir. Edillidəki kimi mühakiməsiz edam əlamətləri olan kütləviməzarların aşkarlanması müstəqil beynəlxalq təşkilatlarınrəhbərliyi altında araşdırma aparılmasını zəruri edir. Ermənistanbeynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına görəməsuliyyətə cəlb oluna bilər. Azərbaycan isə saxlanılmış şəxslərəqarşı ədalətli məhkəmə araşdırmalarını təmin etmək vəzifəsinidaşıyır. Bundan əlavə, beynəlxalq hüquq itkin düşmüş şəxslərinailələrinə mənəvi və maddi zərərə görə təzminat tələb etmək imkanıtanıyır. Gələcəkdə itkin düşmüş şəxslərin axtarışı üçün daha şəffafmexanizmlərin, müstəqil ekspertlərin iştirakı ilə regionalkomissiyaların yaradılması vacibdir.

Hüquqi və siyasi aspektlər göstərir ki, bu problemin həllibeynəlxalq hüququn ciddi şəkildə icrasını tələb edir. Lakinonilliklərdir davam edən qarşılıqlı etimadsızlıq bu yolda əsasmaneələrdən biri olaraq qalır. Hər iki tərəfin və beynəlxalqictimaiyyətin birgə səyləri olmadan problemin həllini tapmasımümkün deyil.

Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin problemihər iki tərəf üçün ən aktual humanitar məsələlərdən biri olaraqqalır. Təqdim olunan rəqəmlər və faktlar bu faciənin real miqyasınıvə onun həllində əldə olunan irəliləyişləri göstərir. Azərbaycandaitkin düşmüş şəxslərin sayı 3900 nəfərdir və bu rəqəm rəsmi qeydəalınıb. Onlardan 3191 nəfəri 1991-ci ildən etibarən baş verən aktivdöyüş əməliyyatları zamanı itkin düşmüş hərbçilər, qalan 719 nəfərisə mülki şəxslərdir. Onların arasında 71 uşaq, 267 qadın və 326yaşlı şəxs var. Bu məlumatlar Azərbaycanın Əsir və itkin düşmüş,girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıtərəfindən təsdiqlənib. Mövcud sübutlara əsasən, itkin düşmüş mülkişəxslərin əhəmiyyətli bir hissəsi zorakılıq nəticəsində yaöldürülüb, ya da məcburi köçürülüb. Bir çoxları isə Ermənistanınsilahlı birləşmələri tərəfindən mühakiməsiz edamlara məruz qalıb.İtkin düşmüş şəxslərin əsasən yoxa çıxdığı bölgələr Xocalı, Ağdam,Füzuli, Şuşa, Kəlbəcər və Laçındır. Xüsusilə Xocalı faciəsi(1992-ci il) mülki əhaliyə qarşı kütləvi cinayətlərin simvoluolaraq qalır. Bu faciədə 613 nəfər qətlə yetirilib, yüzlərlə şəxsitkin düşüb.

Ermənistan tərəfinin məlumatına görə, itkin düşmüş şəxslərinsayı 800-dən çoxdur. Onların əksəriyyəti hərbi əməliyyatlar zamanıitkin düşmüş hərbçilərdir, digərləri isə mülki şəxslərdir.Ermənistan bəyan edir ki, bəzi şəxslər əsir düşə bilərdi, lakinAzərbaycan bütün əsirlərin beynəlxalq hüquqa uyğun olaraq geriqaytarıldığını və ya repatriasiya edildiyini bildirir. Bununlayanaşı, Ermənistanın təqdim etdiyi məlumatların qeyri-konkretliyifaciənin əsl miqyasını müəyyənləşdirməyi və qarşılıqlı anlaşma əldəetməyi çətinləşdirir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsinin başaçatmasından sonra Azərbaycan azad edilmiş ərazilərdə kütləviməzarların aşkar edilməsi üzrə genişmiqyaslı işlərə başladı.2024-cü ilə qədər bu ərazilərdə 15 kütləvi məzar aşkar edilib. Ənmühüm tapıntılardan biri Xocavənd rayonunun Edilli kəndində olub.Burada 2022-ci ildə əlləri arxadan bağlı olan 12 nəfərin qalıqlarıaşkar edilib ki, bu da mühakiməsiz edamların həyata keçirildiyinigöstərir. Digər mühüm tapıntılar Kəlbəcər və Laçın rayonlarında,əsasən 1992–1993-cü illər münaqişəsinin ilk illəri ilə əlaqəlikütləvi məzarlar, eləcə də Füzuli rayonunda mülki şəxslər də daxilolmaqla, onlarla insanın qalıqlarını ehtiva edən məzarlardı. Butapıntılar işğaldan əvvəl həmin ərazilərdə yaşamış keçmişsakinlərin verdiyi məlumatlar, peyk təsvirləri və ekspertlərin işisayəsində mümkün olub.

Azad edilmiş ərazilərdə 2024-cü ilə qədər 200-250 nəfərinqalıqları ekshumasiya edilib. İdentifikasiya prosesi davam edir vəbu, mühüm səylər tələb edir. Müasir genetik ekspertizametodlarından, o cümlədən DNT analizindən istifadə olunur.Azərbaycan, bu prosesin obyektivliyi və şəffaflığını təmin etməküçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də daxil olmaqla,beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Ekshumasiya işlərininəhəmiyyəti yalnız humanitar ölçülərlə məhdudlaşmır, həm də ermənisilahlı birləşmələri tərəfindən törədilmiş hərbi cinayətlərinsübutlarının toplanmasına xidmət edir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bu prosesdə aktiv iştirak edir.2023-cü ildə BQXK Azərbaycana ekshumasiya işləri üçün avadanlıq vətexniki yardım göstərib. Bununla yanaşı, BQXK-nın himayəsi altındaAzərbaycan və Ermənistan nümayəndələri arasında məlumat mübadiləsiüzrə görüşlər keçirilib. Digər beynəlxalq təşkilatlar, o cümlədənBMT və ATƏT, tərəfləri itkin düşmüş şəxslərin axtarış prosesinisürətləndirməyə və məlumat təqdim etməyə çağırıb.

Bu prosesdə bir sıra problemlər mövcuddur. İlk növbədə,Ermənistan azad edilmiş ərazilərdəki kütləvi məzarlar barədə tamməlumat təqdim etməkdən imtina edir ki, bu da identifikasiyaprosesini xeyli ləngidir. İkincisi, həmin ərazilərdə minalarınçoxluğu ekshumasiya işlərini çətinləşdirir. 2020-ci ildən bəriminalar səbəbindən 300-dən çox insan, o cümlədən mülki şəxslər vəminaaxtaranlar həlak olub. Üçüncüsü, qarşılıqlı etimadsızlıqhumanitar məsələlərin həllində irəliləyişi əngəlləyir. Bu amillərprosesin sürətlənməsinə mane olur və problemin həlli üçün daha çoxəməkdaşlıq və siyasi iradənin zəruri olduğunu göstərir.

Rəqəmlər, faktlar və mövcud vəziyyət uzun illər davam edənmünaqişənin miqyasını və faciəsini əks etdirir. İtkin düşmüşşəxslər problemi, onilliklər boyu yaxınlarının taleyini öyrənməkümidi ilə yaşayan minlərlə ailənin ağrılı xatirəsidir və bu məsələsülhə nail olmaq üçün daha çox səylərin göstərilməsinin vacibliyiniortaya qoyur. Bu problemi həll etmək üçün yalnız beynəlxalqictimaiyyətin dəstəyi və tərəflər arasında açıq əməkdaşlıq, məlumatmübadiləsi yolu ilə ədalətə nail olmaq mümkündür.

Əməkdaşlıq perspektivləri baxımından, komissiyalar arasındamüzakirələrin davam etdirilməsi ilə bağlı razılığın əldə olunmasımüsbət bir siqnal olaraq qiymətləndirilir. İtkin düşmüş şəxslərməsələsinin uğurlu həlli aşağıdakı istiqamətlərdə irəliləyişə səbəbola bilər: ilk növbədə, iki ölkə arasında gərginliyin azalmasınakömək edəcək. Humanitar məsələlər daha az siyasiləşmiş xarakterdaşıyır və konstruktiv dialoq üçün əsas ola bilər. İkinci olaraq,münaqişədən sonrakı mərhələdə qarşılıqlı etimadın gücləndirilməsinəşərait yaradacaq. Məlumat mübadiləsi və açıqlıq qarşılıqlıinamsızlığın öhdəsindən gəlməyə kömək edəcək. Nəhayət, beynəlxalqsəylərə töhfə verəcək. Beynəlxalq Qırmızı Xaç Komitəsi kimitəşkilatlarla əməkdaşlıq prosesin şəffaflığını artıracaq.

Problemi həll etmək yolunda ciddi çətinliklər qalmaqdadır.Ermənistan azad edilmiş ərazilərdəki kütləvi məzarlar barədə dəqiqməlumat təqdim etmir, Azərbaycan isə beynəlxalq hüququn pozulmasıfaktlarının hərtərəfli araşdırılmasında israrlıdır. İtkin düşmüşşəxslər məsələsi yalnız ikitərəfli münasibətlərin çərçivəsi iləməhdudlaşmır. BMT, ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimibeynəlxalq təşkilatlar bu prosesdə monitorinq və vasitəçilikdə əsasrol oynayır. Xüsusilə Türkiyə və Rusiya kimi dövlətlər münaqişətərəflərinə müxtəlif dərəcələrdə təsir göstərərək fəal mövqenümayiş etdirirlər.

2025-ci il fevralın 7-də keçirilmiş görüş təsdiq edir ki,münaqişənin siyasi və humanitar aspektləri bir-biri ilə sıxbağlıdır. İtkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərinhəlli, tərəflərin müharibənin mirasını nə dərəcədə uğurla dəf edəbiləcəyini və uzunmüddətli sülh mərhələsinə keçidə nailolub-olmayacağını göstərəcək. Görüşdə konkret nəticələr əldəolunmasa da, onun əhəmiyyəti danılmazdır.

Bu görüş Azərbaycanda minlərlə ailə üçün, gec də olsa, həqiqətinüzə çıxması ümidi deməkdir.

Seçilən
24
3
az.trend.az

4Mənbələr