Bakı. Trend:
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşınövbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-əverilən məlumata görə, həyata keçirilən tədbirlərlə MehdiDadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.
Bildirilib ki, onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350qram heroin aşkar olunub. Saxlanılan şəxslər narkotiklərin satışınıtəşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.