AZ

“Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Bakıda “Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, səhiyyə sahəsinin aparıcı mütəxəssislərinin, dövlət rəsmilərinin, beynəlxalq səhiyyə təşkilatlarının nümayəndələrinin, ekspertlərin və digərlərinin iştirak etdiyi konfransın əsas məqsədi talassemiya və başqa nadir xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində əldə olunan nailiyyətləri müzakirə etmək, həmçinin perspektivləri müəyyənləşdirməkdir.

Konfransın elmi hissəsində çıxış edən professorlar Azər Kərimov və Sərdar Ceylaner, hematoloq Səhər İsmayılova son 20 ildə Heydər Əliyev Fondunun talassemiya ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrdən bəhs ediblər. Qeyd olunub ki, 2005-ci ildə keçirilən ilk tədbirdən sonra Fondun təşəbbüsü ilə Bakıda Talassemiya Mərkəzi inşa edilib və 2009-cu il mayın 9-da istifadəyə verilib. Bu mərkəz talassemiya xəstələrinin diaqnostikası və müalicəsində mühüm rol oynayır. Bundan başqa, ölkəmizdə talassemiya və digər nadir xəstəliklərin profilaktikası və müalicəsi sahəsində dövlət siyasətinin əhəmiyyətindan danışılıb. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrin ölkənin səhiyyə sisteminə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Daha sonra konfrans sessiyalarla davam etdirilib. Talassemiya və digər nadir xəstəliklərin diaqnostikası və müalicəsində müasir yanaşmalar, genetik tədqiqatların əhəmiyyəti, donor qanının toplanması və istifadəsi, həmçinin ictimai maarifləndirmə kampaniyalarının rolu ətrafında müzakirələr aparılıb. Talassemiya və nadir xəstəliklərin qlobal miqyasda mövcud vəziyyətindən, yeni müalicə metodlarından və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışılıb, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər təqdir olunub.

Seçilən
15
azertag.az

1Mənbələr