AZ

HƏMAS İsraillə razılaşma əsasında beşinci qrup girovları azad etməyə hazırlaşır

Fələstinin HƏMAS hərəkatının silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının nümayəndələri İsraillə Qəzza zolağında atəşkəs haqqında razılaşma çərçivəsində beşinci girov qrupunu azad etməyə hazırlaşır.

“Report” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, 3 israilli məhbusun müqabilində 183 fələstinli məhbus azad ediləcək.

Məhkumların dəyişdirilməsinin anklavın mərkəzindəki Deyr əl-Bələh şəhərində olacağı planlaşdırılır.

Qeyd edək ki, dünən HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə azad ediləcək 3 israilli məhbusun adlarını da açıqlamışdı.

Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-dan qüvvəyə minib.

Seçilən
13
4
report.az

5Mənbələr