Yevlaxda yol qəzası baş verib.
Yevlaxda 20 yaşlı gənci maşın vurub.
Operativ Media xəbər verir ki, hadisə Ərəş kəndi ərazisində baş verib.
"Mercedes" markalı maşın yolu keçən 2005-ci il təvəllüdlü kənd sakini Soltanov Ələmdar Elgün oğlunu vuraraq ağır yaralayıb.
Yaralı koma vəziyyətində xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.