PKK/KCK terror təşkilatına üzv olan və "boz kateqoriya"da axtarışda olan "Serhabun Malazgirt" kod adlı Bülent Taşer və "Sarya Baran" kod adlı Leyla Hüşenqin Ədirnənin Meriç rayonunda keçirilən əməliyyat zamanı ələ keçirilib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, Nazir Yerlikaya sosial media hesabında verdiyi açıqlamada Kəşfiyyat İdarəsi Baş Koordinatorluğu və Ədliyyə Koordinatorluğunun birgə həyata keçirdiyi "Gürz-45" əməliyyatı nəticəsində hər iki terrorçunun təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını bildirib.
Bülent Taşerin keçmiş fəaliyyəti barədə məlumat verən Yerlikaya onun 2008-ci ildə Bitlis-Sehi, Batman-Sason və Kozluk kəndlərində terror aktlarında iştirak etdiyini qeyd edib.
Əməliyyatı uğurla həyata keçirən jandarma qüvvələrini təbrik edən Nazir Yerlikaya bildirib: "Son terrorçu zərərsizləşdirilənə qədər dayanmayacağıq! " .
Fidan
Milli.Az