AZ

“Milan”ın Feliks planı

“Milan” Joao Feliksin icarə müddətini artırmağı planlaşdırır.

İdman.biz xəbər verir ki, İtaliya klubu 25 yaşlı portuqaliyalı hücumçunu 2026-cı ilin yayına qədər icarədə saxlamaq istəyir.

Milan təmsilçisi futbolçunun məxsus olduğu “Çelsi” ilə danışıqlara hazırlaşır. İndiki icarə müqaviləsi yayda başa çatacaq. “Rossonyeri” növbəti mövsüm üçün 8-10 milyon avro ödəmək arzusundadır. Klub rəhbərliyi anlaşmada Feliksin sonradan 30-35 milyona transfer olunmaq hüququnu da görmək istəyir.

Qeyd edək ki, Joaonun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayında başa çatacaq.

İdman.biz

Seçilən
4
idman.biz

1Mənbələr