AZ

Rusiyanın Hindistana tədarük etdiyi hərbi məhsulların dəyəri açıqlanıb

Rusiyanın Hindistana hərbi məhsul tədarükü təxminən 80 milyard dollar təşkil edir.

“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bunu “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib.

O bildirib ki, Hindistan Rusiyanın Asiya-Sakit okean regionunda ən vacib strateji tərəfdaşıdır: “Yeni Dehli “Rosoboroneksport”un dünyada əsas tərəfdaşlarından biridir. Son 20 ildə, 2005-ci ildən 2025-ci ilə qədər “Rosoboroneksport” Hindistanla 50 milyard dollarlıq alqı-satqı müqavilələri imzalayıb. Ümumi tədarük həcmi isə təxminən 80 milyard dollara çatır”.

Baş direktorun sözlərinə görə, hazırda “Rosoboroneksport” və Hindistan tərəfi “Make in India” proqramı çərçivəsində ikitərəfli texnoloji əməkdaşlığın genişləndirilməsi üzərində işləyirlər.

“Tərəfdaşlarımıza hərbi təyyarələr, helikopterlər, hava hücumundan müdafiə sistemləri, zirehli texnika və sursatların birgə hazırlanması və istehsalı üzrə genişmiqyaslı layihələr təklif edirik. Həmçinin, bu məhsulların üçüncü ölkələrə satışı imkanlarını da müzakirə etməyə hazırıq”, – deyə A.Mixiyev vurğulayıb.

Qeyd edək ki, 10-14 fevral tarixlərində Hindistanda “Aero India 2025” XV beynəlxalq aviasiya-kosmik sərgisi keçiriləcək. Bu sərgidə “Rosoboroneksport” tərəfindən Rusiya istehsalı aviasiya vasitələri, raketlər, HHM sistemləri və digər avadanlıqlar nümayiş olunacaq.

“Rosoboroneksport” “Birləşmiş Aviasiya Korporasiyası” (“Rostex”in tərkibinə daxildir) ilə birlikdə sərginin statik hissəsində perspektivli Su-57E qırıcısının ilk təqdimatını keçirəcək. Bundan əlavə, 4++ və 5-ci nəsil döyüş təyyarələri üçün müasir idarə olunan aviasiya raketləri nümayiş etdiriləcək.

“Rosoboroneksport” tərəfindən “Aero India 2025” sərgisində təqdim olunacaq:

Qısa mənzilli RVV-MD2 və uzun mənzilli RVV-BD “hava-hava” raketləri;

Kh-35UE gəmi əleyhinə taktiki raketi;

“hava-səth” tipli Kh-38MLE raketi;

Zenit-raket sistemlərinin və komplekslərinin radarlarını məhv etmək üçün Kh-58UShKE antiradar raketi;

Yeni nəsil X-69 gizli qanadlı raketi;

Il-78MK-90A tanker təyyarəsi;

4++ və 5-ci nəsil döyüş təyyarələri üçün “Izdelie 177S” mühərriki;

Yüngül çoxməqsədli helikopterlər üçün VK-650V mühərriki;

“Lancet-E” kompleksi və s.

Seçilən
30
poliqon.az

1Mənbələr