Olaylar.az türk mediasına istinadla xəbər verir ki, Nazir Yerlikaya sosial media hesabında verdiyi açıqlamada Kəşfiyyat İdarəsi Baş Koordinatorluğu və Ədliyyə Koordinatorluğunun birgə həyata keçirdiyi "Gürz-45" əməliyyatı nəticəsində hər iki terrorçunun təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını bildirib.
Bülent Taşerin keçmiş fəaliyyəti barədə məlumat verən Yerlikaya onun 2008-ci ildə Bitlis-Sehi, Batman-Sason və Kozluk kəndlərində terror aktlarında iştirak etdiyini qeyd edib.
Əməliyyatı uğurla həyata keçirən jandarma qüvvələrini təbrik edən Nazir Yerlikaya bildirib: "Son terrorçu zərərsizləşdirilənə qədər dayanmayacağıq! " .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31