PSJ baş məşqçisi Luis Enerikenin müqaviləsini 2027-ci ilə qədər uzadıb. Msport.az xəbər verir ki, Paris klubunda daha 4 futbolçu ilə yeni müqavilə imzalanıb.
Əşrəf Hakimi, Vitinya və Nuno Mendes 2029-cu ilə qədər paytaxt təmsilçisinin heyətində çıxış edəcək. Yoram Zaque ilə isə 2028-ci ilə qədər nəzərdə tutulan müqaviləyə qol çəkib.
İki gənc oyunçu – İbrahim Mbaye və Naoufel El Hannakla isə ilk peşəkar müqavilə imzalanıb.